Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:40

İstintaq keçmiş baş nazirin meyitinin eskumasiyasına qərar verdi


Gürcüstan prokurorları keçmiş baş nazir Zurab Zhvanianın meyitinin eskumasiya olunması qərarını veriblər.

Prokurorlar bildirirlər ki, bu, Zhvanianın ölümün səbəbinin araşdırılması ilə bağlı istintaqın tərkib hissəsidir.

Prokuror Revaz Nadoi sentyabrın 30-da Tbilisidə jurnalistlərə deyib ki, meyitin çıxarılıb, yenidən öyrənilməsinə Zhvanianın qohumları razılıq verib.

Təhqiqatda xarici ekspertlər iştirak edəcək.

Zhvania və Kvemo Kartli regionunun qubernator müavini Raul Yusupov 2005-ci ildə Tbilisidə mənzildə ölü tapıldı.

Müstəntiqlər ilkin olaraq dedilər ki, onlar karbon monoksiddən boğulublar, buna səbəb isə qaz qızdırıcısının nasazlığı olub.

Ancaq 2012-ci ildə bu cinayət işi yenidən açıldı.

Bu ilin mart ayında isə mətbuata sızan fotolarda Zhvanianın bədənində zədələr, göy ləkələr olduğu görünürdü.

Sentyabrın 30-da parlament sədrinin müavini Manana Kobakhidze Azadlıq Radiosuna deyib ki, Zhvanianın eskumasiyasının siyasətlə heç bir əlaqəsi yoxdur.

XS
SM
MD
LG