Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:44

Avropa Birliyinə yaxın 5 ildə heç bir yeni üzv götürülməyəcək


Avropa Birliyinin qonşuluq və genişlənmə komissarı vəzifəsinə namizəd Johannes Hahn deyib ki, əgər o, komissar təyin olunsa, onun 5 illik mandatı dövründə heç bir genişlənmə olmayacaq.

Sentyabrın 30-da Avropa parlamentində dinləmədə avstriyalı namizəd Avropa Komissiyasının sədri Jean –Claud Juncherin dediklərini təkrar edib.

Juncker deyib ki, bu 10 illikdə heç bir ölkə Avropa Birliyinə götürülməyəcək.

Hahn bununla belə vurğulayıb ki, genişlənmə prosesi dayanmayacaq, Serbiya və Montenegro ilə danışıqlar davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG