Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:37

Elçin Hüseynbəyli: ""Ədəbiyyat qəzeti" mürəkkəb yerdi"


Elçin Hüseynbəyli

Elçin Hüseynbəyli

-

Yazıçı Elçin Hüseynbəyli “Ədəbiyyat” qəzetindən getməsini və ya Yazıçılar Birliyinin bəyanatında deyildiyi kimi istefasını sırf yaradıcılıq planları ilə izah edir.

O AzadlıqRadiosuna qısa müsahibəsində deyib:

- İstefa böyük sözdür. Mən nə böyük vəzifə tutmuşdum? Qəzet redaktoru idim sadəcə. Getməyimin səbəbini də açıq demişəm: yaradıcılıqla məşğul olmaq istəyirəm. Bu qəzetə redaktor gəldiyim altı ayda iki hekayə yazmışam. Amma mənim planlarım var, “Qarabağnamələr” üstündən roman yazmaq istəyirəm. Yaza bilmirəm. Heç nə edə bilmirəm mən bura gələndən. Mürəkkəb yerdir.

- Mürəkkəb olan nədir?

- Bu iş dinamika sevir, daim material oxumağı sevir... Mən də oxucu yox, yazıçıyam axı. Düşünürəm ki, mənim bir qədər yaradıcılıqla məşğul olmağa ehtiyacım var.

- Amma siz əvvəl də mətbu orqanda – “Ulduz” jurnalında işləyirdiz.

- O jurnaldır. O asandır. Jurnal ayda bir dəfə çıxır, “Ədəbiyyat” qəzeti həftədə bir dəfə.

- Bəlkə “Ədəbiyyat”ı düşdüyü böhrandan çıxara bilmədiz, səbəb odur?

- Mən bilən çıxarmışam. Kimlərsə hesab edirsə çıxarmamışam öz işidir.

- Başqa bir səbəb varmı? Tutalım, AYB rəhbərliyi ilə yola getmədiniz və istefa verdiz?

- Mən AYB rəhbərliyi ilə həmişə bir yerdəyəm və heç şübhəsiz AYB rəhbərliyində hansısa formada qalacam.

- Demək olarmı yaxında həmin qurumda yeni vəzifəyə gedəcəksiz?

- Yox, deyə bilmərəm.

- Yeni roman - “Qarabağnamələr” nə zaman hazır olar?

- Bu əsər uzun dövr aparacaq və mən indiki mərhələdə hazırlıqlarımı təzələməliyəm.

- O zaman uğurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG