Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:51

Mustafa Mərdanovun adını daşıyan səhnənin açılışı olub


Mustafa Mərdanov
Mustafa Mərdanov

-

Sentyabrın 29-da Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) görkəmli teatr və kino xadimi Mustafa Mərdanovun 120 illik yubileyi keçirilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, tədbirdə “Zəfər” teatr studiyasında onun adını daşıyan səhnənin açılışı da olub.

ATXİ-nin sədri, xalq artisti Azərpaşa Nemətov Mustafa Mərdanovun adının əbədiləşdirilməsi məqsədilə onun adına səhnə açdıqlarını qeyd edib və bu səhnədə yeni-yeni tamaşalar hazırlanacağını söyləyib.

Mustafa Mərdanov 1894-cü ildə Tiflisdə doğulub.

74 il yaşayan böyük sənətkar ömrünün yarım əsrdən çoxunu milli teatr və kino sənətinin inkişafına həsr edib.

Onun M. F. Axundzadənin “Molla İbrahimxəlil kimyagər” komediyasında Molla Həmid, “Hacı Qara”da Hacı Qara, C.Cabbarlının “Sevil”ində Atakişi, “Solğun çiçəklər”də Əbdül, N. Qoqolun “Müfəttiş”ində Xlestakov kimi teatr səhnəsində yaratdığı obrazlar bu gün də yaddaşlardadır.

Mustafa Mərdanov kinoda da bir-birindən maraqlı və yaddaqalan obrazlar yaradıb.

Onun “Hacı Qara”da Kərəməli, “Qanun naminə” filmində Murtuz Murtuzov, “O olmasın, bu olsun”da İntilligent Həsən və s. rolları çox populyar olub.

Tanınmış aktyor yazıçılıq və tərcüməçiliklə də məşğul idi.

Onun çevirdiyi kitablar və teatr xadimləri haqqında yazdığı “Mənim müasirlərim” və “Xatirələrim” əsərləri bu gün də milli teatr tarixinə həsr olunmuş qiymətli qaynaq sayılır.

Mustafa Mərdanovun teatr xadimi kimi gördüyü işlər də əvəzsiz olubb. Azərbaycan Teatr Cəmiyyətinin sədri işlədiyi zaman, müavini və yaxın dostu Zəfər Nemətovla birlikdə min bir əziyyətlə cəmiyyət üçün Teatr Xadimləri İttifaqının yerləşdiyi hazırkı binanın tikilməsinə nail olub.

Sonra yubileyə həsr olunmuş “Mənim xatirələrim, mənim müasirlərim” tamaşası nümayiş olunub.

Tamaşa Mustafa Mərdanovun “Xatirələrim” və “Mənim müasirlərim” kitabları əsasında hazırlanıb. Rolları xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov ifa ediblər.

Sonda tədbir iştirakçıları Mustafa Mərdanova həsr edilmiş fotosərgi ilə tanış olublar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG