Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:39

Netanyahu deyir ki, İranın nüvə proqramı “tamamilə dayandırılmalıdır”


İsrailin baş naziri Benjamin Netanyahu

İsrailin baş naziri Benjamin Netanyahu

İsrailin baş naziri Benjamin Netanyahu BMT-nin Baş Assambleyasında deyib ki, İranın nüvə qabiliyyəti “tamamilə dayandırılmalıdır”. Sentyabrın 29-da danışan Netanyahu İranı “dünyanın ən təhlükəli regionunda dünyanın ən təhlükəli rejimi” adlandırıb. O, bildirib ki, Tehrana “dünyanın ən təhlükəli silahlarını hazırlamağa” icazə verilə bilməz.

Netanyahu bildirib ki, İslam Dövləti (İD) yaraqlıları elə bir təhlükə yaradırlar ki, o, “dəf edilməlidir”.

İran nüvə silahı hazırlamadığını deyir.

Tehran bildirib ki, nüvə proqramına dair danışıqlar oktyabrın ortalarından qabaq Avropada bərpa olunacaq. Xarici işlər nazirinin müavini Abbas Araqchi Tehranda mediaya bildirib ki, danışıqlar iki həftə içində Vyana və ya Cenevrədə keçiriləcək.

Noyabrın 24-dək İranın nüvə proqramına dair razılaşma əldə olunmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG