Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:02

Obama Hindistanın baş nazirini qəbul edəcək


Hindistanın baş naziri Narendra Modi

Hindistanın baş naziri Narendra Modi

Hindistanın baş naziri Narendra Modi sentyabrın 30-da Ağ Evdə ABŞ prezidenti Barack Obama ilə görüşəcək. Tərəflər iqtisadi və təhlükəsizlik məsələlərini, Əfqanıstandakı durumu müzakirə edəcəklər.

Təhlilçilərin fikrincə, Obama və Modi nisbətən gərginləşmiş münasibətləri canlandırmaq istəyirlər. Vaşinqton Hindistanın öz bazarını xarici sərmayəyə aça bilməməsindən məyusdur. Modi 2005-ci ildə Birləşmiş Ştatlara buraxılmayıb. Səbəb 3 il öncə Gujarat ştatında dini iğtişaşlarda 1.000-dən çox müsəlmanın ölməsi və Modi-nin həmin ştatda baş rəsmi olmasıdır.

Modi zorakılıqda rolu olmadığını deyib və Hindistan Ali Məhkəməsi də onu dəstəkləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG