Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 22:42

İlham Əliyev Putinlə görüşüb


Prezident İlham Əliyev və Vladimir Putin, Həştərxan
Prezident İlham Əliyev və Vladimir Putin, Həştərxan

-

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 29-da Həştərxanda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin görüşü olub.

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə dostluq və etimad xarakteri daşıyıb.

“Biz çox şadıq ki, münasibətlərimiz bu ruhda inkişaf edir, özü də müxtəlif istiqamətlərdə, o cümlədən ən həssas sahələrdə. Dünya və Rusiya iqtisadiyyatında bəzi problemlərə baxmayaraq, iqtisadi sahədə də irəliləyiş var. Biz son vaxtlar əmtəə dövriyyəsində çox böyük olmasa da, artım müşahidə edirik – 2 faiz, hər halda bu, artımdır. Biz həmişə görüşməyə, bütün ikitərəfli məsələlərimiz barədə bir daha müzakirə və fikir mübadiləsi aparmağa şadıq”.

HUMANİTAR FORUM KEÇİRİLƏCƏK

Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, sammitdə olduqca vacib qərarlar qəbul edilib və tərəflərin yaxınlaşması baxımından bu qərarlar Xəzər regionunda sonrakı əməkdaşlıq üçün əhəmiyyətli rol oynayacaq.

“O ki qaldı bizim ikitərəfli münasibətlərimizə, çox şadam ki, aramızda mütəmadi dialoq davam edir. Biz keçən ay və bu gün görüşdük. Bu, bizim münasibətlərimizin səviyyəsinin göstəricisidir. Bu müddətdə bizim nümayəndə heyətlərinin də qarşılıqlı görüşləri olub. Bizim aramızda bütün istiqamətlər üzrə - iqtisadi, siyasi, energetika sahələrində, humanitar məsələlərlə bağlı əməkdaşlıqda çox yaxşı dinamika davam edir. Yaxın günlərdə Humanitar Forum keçirəcəyik. Bu Forum Rusiya və Azərbaycanın nümayəndələrinin təşəbbüsü ilə yaranıb. Biz bütün istiqamətlər üzrə dinamika və müsbət irəliləyiş müşahidə edirik, buna çox şadıq. Fikirləşirəm ki, bundan sonra da ölkələrimizin münasibətlərində yaxşı məqamları görəcəyik”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG