Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:52

Suriya ABŞ-ın İD-ə zərbələrindən razıdır


Suriya, ABŞ hərbi təyyarəsi

Suriya, ABŞ hərbi təyyarəsi

Suriyanın xarici işlər naziri Walid al-Muallem BMT-nin Baş Assambleyasında Dəməşqin “terrorçuluğa qarşı mübarizədə beynəlxalq kampaniya ilə birlikdə” olduğunu deyib. Muallem sentyabrın 29-da bildirib ki, dünya İslam Dövləti (İD) yaraqlılarına, Al-Nusra cəbhəsi və Al-Qaedaya bağlı terrorçu qruplara qarşı mübarizəyə üstünlük verməlidir.

Çıxışından sonra Muallem Associated Press agentliyinə söyləyib ki, Birləşmiş Ştatlar hər bir hava zərbəsindən öncə Suriyanı məlumatlandırmır. Ancaq o, bildirib: “Bu, normaldır. Biz İŞİD-ə qarşı vuruşuruq. Onlar da İŞİD-lə vuruşurlar. ”

Muallem onu da deyib ki, ABŞ Suriya ərazisinə ilk dəfə hava zərbəsi endirəndə Dəməşq məlumatlandırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG