Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:33

«Yeni Müsavat»: «İlham Əliyevin üç ili»


«Yeni Müsavat» qəzeti prezident İlham Əliyevin oktyabr ayında hakimiyyətə gəlməsinə həsr olunan «İlham Əliyevin üç ili» adlı məqalə dərc edib. Qəzet yazır ki, 2003-cü ilin prezident seçkisindən sonra ölkədə islahatlara, demokratik dəyişikliklərə bəslənən ümidlər özünü doğrultmayıb. Politoloq Eldar Namazov qəzetə müsahibəsində bildirib ki, üç il ərzində bəzi kadr dəyişiklikləri olsa da, bunlar ancaq yerdəyişmə xarakteri daşıyıb. Cənab Namazov yeganə müsbət məqam kimi Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin işə düşməsi və neft gəlirlərinin artmasını qeyd edib: «Ancaq hazırda Azərbaycanda neft pullarını tez-tələsik xərcləmək siyasəti yürüdülür. Bu, iqtisadiyyat üçün zərbə ola, Azərbaycanın gələcəyinə ciddi təhlükə yarada bilər».


«Ayna» qəzeti yazır ki, Avstraliya, Rusiya, Çin və Türkyənin ardınca Azərbaycan ABŞ-ın məşhur «Google» şirkətinə etiraz məktubu göndərməyə hazırlaşır. «Ayna»ya daxil olan məlumata görə, sözügedən etiraza şirkətin «Google Maps» xidməti səbəb olub. Belə ki, həmin xidmət ölkələrin hərbi, strateji və təhlükəsizlik prioritetlərinə ciddi təhdidlər yaradır. Bildirildiyinə görə, hökumət xüsusi araşdırmalar apararaq, beynəlxalq internet şəbəkəsində peyk şəkillərinin Azərbaycanın təhlükəsizliyinə təhdid törətməsi qənaətinə gəlib. «Sözügedən sayta daxil olmaqla dövlət əhəmiyyətli strateji obyektlərin, cəbhə xəttindəki hərbi hissələrin kosmosdan çəkilmiş fotoşəkillərini görmək mümkündür. Hökuməti narahat edən də budur» - deyə qəzet yazır.


«Yeni Azərbaycan» qəzeti «Rusiya Qafqazda qaz bazarını itirə bilər» başlıqlı məqalə dərc edib. Qəzetin yazdığına görə, Baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti İran səfərini başa vurub: «Nazirlər Kabinetindən verilən məlumata görə, Y.Eyyubov enerji sahəsində iranlı həmkarlıyla geniş fikir mübadiləsi aparıb. Naxçıvanı mavi yanacaqla təmin edən İranın Azərbaycanın digər bölgələrinə qaz ixrac etməsi müzakirə olunub. Rusiya Federasiyasının yenidən qaz ixracatı siyasətində dəyişikliklər etmək barədə xəbərdarlığı Azərbaycan hökumətini narahat etməyə bilməz». Qəzet yazır ki, hazırda Azərbaycan ildə 6 milyard kubmetr təbii qaz istehsal etsə də, sənaye və yanacaq kompleksi ehtiyatlarını ödəmək üçüq ildə ən azı 4 milyard kubmetr qaz almağa məcburdur.


Mətbuat Şurasının sədri Əflatun Amaşov «Xalq Cəhbəsi» qəzetinə müsahibəsində bildirib ki, medianın əsas problemi iqtisadi cəhətdən zəif olmasıdır: «Jurnalistlərə olan təyziqlər, məhkəmələr də bununla bağlıdır. Jurnalistlər iqtisadi cəhətdən müstəqil olsalar, cəmiyyəti operativ və qərəzsiz məlumatlarla təmin edə bilərlər». Cənab Amaşov onu da bildirir ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da dövlət qəzetlərin maliyyələşməsinə yardım göstərsə, bu problem az-çox aradan qaldırıla bilər. Mətbuat Şurasının sədri son vaxtlar məmurların jurnalistləri şərəf və ləyaqət məsələsinə görə məhkəmələrə çəkməsinə də toxunur: «Jurnalist yazdığı yazıya görə, cinayətdə ittiham oluna bilməz».


XS
SM
MD
LG