Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:47

Lech Valesa mükafatı Avromaydana verildi


2014-cü ilin Lech Valesa mükafatı Avromaydana verildi.

Ukraynanın avropapərəst hərəkatı adından bu mükafatı Qdanskda Vitali Klitschko alıb. Klitschko hazırda Kiyevin meridir. Polşanın keçmiş prezidenti, vaxtilə xalq hərəkatının lideri, 1983-cü ildə Nobel sülh mükafatı laureatı Valesa adına mükafat 2008-ci ildən dünyada demokratiya və insan haqları uğrunda mübarizəyə dəstək kimi verilir.

Mükafatın məbləği 100 min dollardır.

Mükafatı təqdim edən Valesa deyib ki, bu ilki mükafat Avromaydanın, Ukraynalıların Avropa arzularının qiymətləndirilməsidir.

Bu mükafatı əvvəlki illərdə alanlar arasında rusiyalı iş adamı Khodorkovsky və belaruslu insan haqları müdafiəçisi Byalyatski və başqaları var.

XS
SM
MD
LG