Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:03

Qəbrində yatdığım dostlar...


-

Heydər Ələddinoğlu

Qəbrində yatdığım dostlar

Məni qoyub hara getdi-

İçində batdığım dostlar,

Üşüyəndə pencəyimi

Çiyninə atdığım dostlar?..

Biri durub baxa yola

Biri durub saçın yola,

Dərdlərini qızıl pula

İçimə satdığım dostlar.

Qışqırsam da duymadılar,

Qəbrim üstə qoymadılar -

Bir çiçəyə qıymadılar

Qəbrində yatdığım dostlar.

İyun, 2014

Torpağın könlünə ət düşüb yəqin

Hələ körpə-körpə cücə istəyir

Bu qəm dincəlməyir, qırt düşüb yəqin.

Nəfəsi kəsilir, boğulub qalır

Bəxtin boğazına dərd düşüb yəqin.

Həsrət ürəyimdən dərd sağır indi,

Ömürdən günlərə qəm axır indi,

Soyuq gözlərimə qar yağir indi

Bu qış taleyimə sərt düşüb yəqin.

Qazanı qaynayır, ocağı yanır

Ömrümü buzlama, məni ət sanır,

Ardımca boylanır, ağzı sulanır-

Torpağın könlünə ət düşüb yəqin...

Fevral, 2014

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG