Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:47

İranın nüvə proqramı ilə bağlı danışıqları davam etdirmək üçün vaxt məhduddur


Bunu Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Havyer Solana deyib. O, bildirib ki, bu barədə İranın nüvə sektorunun rəsmisi Əli Laricaniylə də danışacaq. Oktyabrın 3-də isə Rusiya Təhlükəsizlik Şurası rəhbərinin Laricaniylə danışıqlar aparmaq məqsədi ilə Tehrana gedəcəyi gözlənilir.


Rusiya prezidenti Vladimir Putin bu məsələ ilə bağlı amerikalı həmkarı Corc Buşla telefonla danışıb. Prezidentlərin İranın nüvə proqramı ilə bağlı eyni mövqedə dayanmaları razılaşdırılıb.


İran hökuməti isə bir daha bəyan edib ki, danışıqları davam etdirməkdə maraqlı olsalar da uranın zənginləşdirməsi prosesi təxirə salınmayacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG