Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:14

-

Ermənistanda Moskva Dövlət Universitetinin filialının yaradılmasına müxalifət narazılıq edir.

Latviya Rusiya təcavüzündən qorxur. Latviyada əhalinin 33 faizinin əsas dili rus dilidir.

Ukraynada Leninin ən böyük heykəlini dağıtdılar.

Maydan tərəfdarları bunu simvolik hesab edirlər.

Ermənistan hökuməti Moskva Dövlət Universitetinin filialını açmaq istəyir. Ancaq Ermənistan bu yolda çətinliklə üzləşib.

Hərb və Sülh İnstitutu öz təhlilində yazır ki, müxalifət partiyaları Yerevanda MDU-nun filialının yaradılmasının əleyhinədirlər. Onların fikrincə, bu, Rusiyanın Ermənistana nüfuzunu bir az da artıracaq.

Hərb və Sülh İnstitutu xatırladır ki, MDU-nin filialları artıq Azərbaycanda və Qazaxıstanda var və bunların xərcini yerli hökumətlər ödəyir.

Filialın yaradılmasının tərəfdarı olan Ermənistanın təhsil və elm naziri Ashityan hesab edir ki, MDU-nun filialının açılması “ədalətli investisiyadır”.

Ermənistanda 1997-ci ildən Rusiya-Erməni( Slavyan) universiteti açılıb. Ermənistanda Fransa, Amerika universitetləri və Avropa Regional Akademiyası var.

Ancaq Ermənistan müxalifəti hesab edir ki, Rusiyanın aparıcı universitetinin filialının yaradılması bir qədər fərqli məsələdir. Bu, Kremlin öz siyasi hakimiyyətini genişləndirməyinin daha bir üsuludur.

Beynəlxalq Məsələlər və Təhlükəsizlik üzrə Ermənistan İnstitutunun siyasi təhlilçisi Stepan Safaryan hesab edir ki, bütün bunlar Rusiyanın Ermənistan dövlətçiliyini nəzarətə götürmək arzusudur. Onun sözlərinə görə, məsələn, “ABŞ Ermənistanı öz nəzarətinə götürməyi fikirləşmir. Ermənistandakı amerikan universiteti beynəlxalq təşkilatın necə işlədiyinin nümunəsidir. Burda tələbələr Qərbsayağı təhsil alır. Moskva Dövlət Universiteti ilə bağlı məqsəd isə aydındır.”

Qanun Ölkəsi partiyasının sədri Heghine Bisharyan isə deyir ki, o, prinsipcə MDU-nun filialının əleyhinə deyil, hərçənd düşünür ki, bu, Ermənistanın Avrasiya iqtisadi birliyinə daxil olması ilə bağlıdır. Ancaq o hesab edir ki, problem bunda deyil. Problem ondadır ki, tələbələrin sayı ildən-ilə azalır. Çünki cəmiyyətdə problemlər və mühacirət var.

Miras adlı müxalifət partiyasının parlamentdəki deputatı Zaruhi Postanyan isə hökumətin yeni universitet filialını maliyyələşdirmək, müəllimlərə maaş vermək, müəllimlərin Moskvaya və Yerevana təyyarəyə bilet pullarını vermək planlarını tənqid edir. O deyir ki, “Mən bu universutetin bizim vergi verənlərin hesabına saxlanmasının əleyhinəyəm”

“Əlbəttə Rusiyada yaşayan 2,5 milyon ermənini yaddanm çıxartmaq olmaz. Bizim Rusiya ilə dost münasibətimiz olmalıdır. Ancaq belə universitet filialları hər yerdə olduğu kimi rəqabətli bazarda işləməlidir.”

LATVİYA TƏCAVÜZDƏN QORXUR

Washington Post qəzeti yazır ki, Latviyada Rusiyanın təcavüzündən yeni qorxu yaranıb, Kreml isə rus azlığı barədə xəbərdarlıq edir. Barack Obama bu ay bildirdi ki, ABŞ öz şərqi Avropa tərəfdaşlarını müdafiə edəcək. Ancaq son bir neçə hadisə bu dəstəyi sınağa çəkir.

Rusiyanın baş diplomatı bu günlərdə bildirdi ki, rus azlığının sıxışdırılması “təəsüfedici nəticələrə” gətirəcək. Latviyanın paytaxtı Riqanın meri Moskvaya gözlənilməz səfər etdi. Latviyada rusdillilərin partiyası sənəd layihələri hazırlayır və burda rusların yaşadıqları regionu Krımla müqayisə edir.

Bütün bunlar Latviyanı narahat edir. Latviyanın müdafiıə naziri Raimonds Vejonis deyir ki, Rusiyanın və Putinin hələ də bu regionda geosiyasi maraqları var.

Latviyada 2 milyon əhali yaşayır. Sovet İttifaqı dağılanda bir çox keçmiş sovet zabiti öz ailələri ilə birlikdə Latviyada qalıb. Latviyada əhalinin 33 faizi əsas dil kimi rus dilindən istifadə edir. Əhalinin 13 faizi qeyri-vətəndaş statusunda yaşayır və səs verə bilməz. Hazırda Latviya Rusiyanın dövlət televiziyasının ölkə ərazisində yayımını dayandırıb.

İRAN BBC-Nİ İTTİHAM EDİR

Guardian qəzeti yazır ki, İranın Dövlət televiziyası BBC-ni incəsənət, tarix və mədəniyyətə aid arxiv sənədlərini oğurlamağa cəhddə ittiham edib.

Dövlət televiziyası sentyabarın 28-də bildirib ki, BBC bunları hökumət arxivlərindən oğurlamaq istəyib.

Televiziyanın məlumatına görə, bunun üstünü İran kəşfiyyatı açıb.

Guardian qəzeti yazır ki, İran televiziyası hadisıənin detalları barədə heç bir məlumat vermir. Bircə o deyilir ki, sənədləri BBC-nin yerli əlaltıları oğurlamaq istəyib və məlumatda BBC-nin düşmən şəbəkəsindən danışılır.

BBC İran televiziyasının məlumatı ilə bağlı şərh verməyib.

Guardian yazır ki, BBC-nin fars xidməti İranda fəaliyyət göstərə bilməz. BBC bildirir ki, onun İrana yayımı da qadağan olunub.

160 HEYKƏL

Times qəzeti yazır ki, Ukraynada Leninin ən böyük heykəlini dağıtdılar. Xarkovda 20 metr hündürlüyündə heykəli troslarla yıxmağa bir neçə saat vaxt getdi.

Ukraynanın Kanal 5 televiziyasının müxbiri Myroslava Petsa Twitterdə yazıb ki, “kim ki, heykəl yıxmağı uşaqlıq adlandırır, onlar anlamırlar ki, bu, Ukrayna üçün simvolikdir. Ukraynanın SSRİ-Rusiya müstəmləkəçiliyindən ayrılmağının simvoludur”.

Özünü Callum adlnadıran bir millətçi isə yazıb ki, “Lenini yıxılan görmək həmişə ləzzət verir”.

Kiyev Post qəzeti yazır ki, Ukraynada Maydan hərəkatından bəri Leninin 160 heykəli dağıdılıb.

Daxili işlər nazirinin müaşviri Herashchenko Facebookda yazıb ki, onların yerinə qəhrəmanların heykəli qoyulacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG