Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:03

9-cu “Ulduz” çıxdı – İçindəkilər


Foto: ayb.az

Foto: ayb.az

-

“Ulduz” jurnalının 9-cu sayı işıq üzü gördü.

Jurnalın “Şeir vaxtı”nda Əlizadə Nuri, Xuraman Hüseynzadə, İradə Aytel və Qalib Şəfahətin şeirləri var.

Cəlal Bəydilinin təqdimatında “Qısa fikirlər xəzinəsi”ndə bu dəfə tanınmış fransız yazıçısı Jül Renarın aforizmləri verilib.

“525-ci qəzet”lə “Ulduz” jurnalının birgə layihəsi “Benefis”də Pərvin bu dəfə rejissor Ramiz Həsənoğlu ilə söhbətini “Diqqət! Məşq gedir” başlığıyla təqdim edib.

Söhbət Xalq şairi Vaqif Səmədoğlunun 75 illiyi ilə əlaqədar dövlət sifarişiylə quruluş verdiyi “Generalın son əmri” tamaşasının məşqləri zamanı baş tutub.

“Tərcümə saatı”nda yəhudi kökənli polyak şairi Aleksandr Vatın şeirləri Rəfail Tağızadənin tərcüməsində verilib. Paulo Koelyonun ibrətamiz hekayələri də jurnalın sentyabr sayında dərc olunub.

Dərginin “Nəsr” bölümündə İlqar Rəsulun “Çəhrayı telefon”, “Sənə görə”, Gülnarə İlhamın “İtim, pişiyim, tutuquşum”, “Bir az bizdən danışın” hekayələri dərc edilib. Jurnalın “Ulduz+” rubrikasında Sevinc Mürvətqızının təqdimatında “Dost tapmadım, tək qaldım” essesi verilib.

“Köhnə ulduz” rubrikasında Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi ilə müsahibə öz əksini tapıb. Mərhum şair və publisist Tofiq Abdinin sentyabrın əvvəlinə düşən doğum günü münasibətilə Laura Cəbrayıllının “Abi körpüsü” yazısı jurnalın “Anım” bölümündə yerləşdirilib.

Jurnalın ənənəvi “Dərgidə kitab” layihəsinin budəfəki qonağı bugünlərdə 50 illik yubileyini qeyd edən Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məciddir.

Layihədə yubilyarın şeirləri yer alıb.

525.az

Günün bütün mövzuları

XS
SM
MD
LG