Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:12

-

Sentyabrın 29-da bir qrup əlil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına toplaşıb. Onlar Mərdəkandakı əlillər evindən çıxarılıb Gəncədəki ruhi əsəb xəstəlikləri dispanserinə yerləşdirilmələrindən narazıdırlar.

Əlillər AzadlıqRadiosuna bildiriblər ki, ruhi xəstə deyillər. «Bizi nəyə görə evimizdən uzaqlaşdırmalıdırlar?» deyə narazı əlillər sual ediblər.

Nazir Səlim Müslümov görüşdə olduğu üçün əlilləri müavini Natiq Məmmədov qəbul edib. Görüşə mətbuat buraxılmayıb.

Görüş iştirakçıları qərarın dəyişmədiyini bildiriblər. Əlillərin AzadlıqRadiosuna söylədiyinə görə, onlara Gəncə, Buzovna və ya Şamaxıdakı ruhi əsəb dispanserlərindən birini seçmək məsləhət görülüb:

«Bizə dedilər ki, qərar qətidir, dəyişməyəcək. İstəyirsiniz Səlim Müslümovla görüşün, fərq etməyəcək».

Əlillərin bəzisi Mərdəkandakı əlillər evini tərk etməyəcəklərini bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG