Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:57

İran prezidenti Hassan Rohani Rusiyaya gedib


Hassan Rohani Həştərxanda
Hassan Rohani Həştərxanda

-

İran prezidenti Hassan Rohani Xəzər sammitində iştirak etmək üçün Rusiyaya gedib.

Azərbaycanın, Qazaxıstanın, Rusiyanın və Türkmənistanın liderlərinin də qatılacağı sammit Həştərxanda keçirilir.

Tədbir sentyabrın 29-da başlayır.

Xəzəryanı sərhəd liderləri illərdir ki, Xəzərin hüquqi statusunu müəyyənləşdirmək üçün müzakirə aparırlar.

Hazırda Xəzərlə bağlı 1921 və 1940-cı illərdə İranla Rusiya arasındakı razılaşmalar qüvvədədir.

Azərbaycan, Qazaxıstan və Türkmənistan bu razılaşmaları qəbul etmir. Beşlik razılaşsa ki, Xəzər göldür, onda beynəlxalq qanunvericiliyə görə, sahilyanı qonşular Xəzərin sərvətlərindən bərabərhüquqlu istifadə etməlidirlər.

Yox, Xəzərin dəniz olduğu qərarı verilsə, onda sularda hər ölkənin öz milli sektoru olmalıdır.

Qazaxıstan hesab edir ki, Xəzərin neft-qaz ehtiyatlarının yarısından çoxu onun sərvəti hesab edilməlidir. Xəzər dəniz sayılsa, neft-qaz yataqları olduğu bildirilən hissənin 13 faizi İrana aid olacaq.

Beş ölkənin liderləri illərdir deyirlər ki, onlar Xəzər sularında istənilən hərbi qüvvələrin yerləşdirilməsinin əleyhinədirlər, amma dövlətlərin hər biri sularda hərbi-dəniz qüvvələri saxlayırlar.

Gözlənir ki, sammitdə Rusiya prezidenti Vladimir Putin ölkə başçıları ilə təkbətək görüş keçirsin.

Sentyabrın 30-da Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstanın Atırau şəhərində Rusiya-Qazaxıstan forumunda iştirak edəcəklər.

XS
SM
MD
LG