Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:24

“Azsığorta” şirkəti kompensasiya verib


“Azsığorta” şirkəti iyulun 29-da Şəki-Zaqatala bölgəsində baş verən ziyana görə, vətəndaşlara dəyən zərəri açıqlayıb.

Şirkətdən verilən məlumata görə, Zaqatala, Balakən, Qax və Qəbələ rayonlarında zəlzələ nəticəsində 6 daşınmaz əmlaka ziyan dəyib.

Sığorta şirkəti daşınmaz əmlakın icbari sığortası üzrə 5 hadisəyə görə 8 608 manat kompensasiya verib. Balakəndə bir əmlaka dəyən zərərin həcmi isə hesablanır.

Zaqatalada ərzaq mağazasında yaranmış çatlara görə 1022 manat, həyət evinə dəyən ziyan üzrə 1480 manat pul ödənib.

Balakəndə 2 mərtəbəli kafe-oteli icbari sığortası üzrə 1155 manat, Qəbələdə restoranın divarlarında yaranmış çatlarla bağlı 2517, Qaxda isə fərdi evdə köməkçi tikili olan anbarın divarının uçmasına görə 2434 manat sığorta ödənişi edilib.

İyunun 29-da Zaqatalada 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində Zaqatala, Balakən, Qax və Qəbələ rayonlarında bir sıra evlərə və iaşə obyektlərinə ziyan dəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG