Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:57

Rusiya AŞPA-nın sessiyasında iştirak etməyəcək


Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlayır.

Rusiya sessiyada iştirak etmir. Növbəti sessiyada da Rusiyanın iştirakı gözlənmir.

Krımın işğalından sonra AŞPA-da Rusiyanın səs hüququ alınıb, buna görə də Rusiya sessiyalara qatılmır.

AŞP sessiyasının əsas müzakirə mövzusu Ukraynadakı böhran, Avropada neonasizimlə mübarizə və özünü İslam Dövləti adlandıran yaraqlıların yaratdığı təhlükələr olacaq.

Oktyabrın 2-də isə Azərbaycanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov çıxış edəcək və iştirakçıların suallarını cavablandıracaq. Payız sessiyasında həmçinin Avropa İnsan Haqları Məhkəməsinə hakimlərin seçkisi keçiriləcək, Gürcüstan və Albaniyaya dair monitorinqin nəticələri açıqlanacaq.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün artıq Strasburqa yollanıblar. Nümayəndə heyətinə deputatlar Sevinc Fətəliyeva, Rövşən Rzayev, Rafael Hüseynov, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil MustafaSabir Hacıyev daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG