Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:03

Xalq liderinin oğlu Krim həbsxanasından Krasnodara aparılıb


Krım Tatar xalqının lideri Mustafa Cəmil

Krım Tatar xalqının lideri Mustafa Cəmil

Krım Tatar xalqının lideri, Ali Radanın deputatı Mustafa Cəmilin oğlu Krım həbsxanasından Krasnodar diyarına aparılıb.

Mustafa Cəmil Ukraynanın "Kanal 24"-ünə bildiirb ki, Rusiyaya birləşdirilən Krımın yeni hakimiyyəti ona zərbə vurmaq istəyir.

Bir müddət əvvəl Avropa Məhkəməsi Mustafa Cəmilin sorğusuna cavab olaraq bildirmişdi ki, Rusiya hakimiyyəti onun oğlunu təcili azad etməlidir.

Mustafa Cəmilin oğlu Hayser Cəmilov Ukrayna vətəndaşıdır. Rusiya hakimiyyəti onu qətldə və qanunsuz silah daşımada günahlandırır.

Aprel ayında Rusiyaya birləşdirilən Krımın yeni rəhbərliyi Mustafa Cəmilə vətəninə dönməsinə 5 illik əngəlləyib. Yeni hakimiyyət onu ekstemizmdə ittiham edir.

Krım-tatar Məclisinin rəhbəri Refat Cubarovun da Krıma qayıtmasına 5 illik qadağa qoyulub.

Tatarların əksəriyyəti Krımın Rusiyaya birləşdirilməsini dəstəkləmir.

XS
SM
MD
LG