Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:52

Avtomobil şousunda faciə - nəhəng maşın izdihama girdi (VİDEO)


İllüstrasiya

İllüstrasiya

Nəhəng maşın gözlənilmədən idarəni itirib sürətlə tamaşacıların toplaşdığı tribunaya çırpılır.

Nederlandın Haaskberqen şəhərində keçirilən "Monstertuck" - nəhəng təkərli Pick-up-ların yarışı faciə ilə nəticələndi.

Yerli medianın xəbərinə əsasən, 3 nəfər həlak olub, onlardan biri uşaqdır. 15 nəfər yaralı isə xəstəxanaya çatdırılıb.

Sosial mediada yayılan videoda görünür ki, şouda iştirak edən "Mostertruck" yan-yana düzülən avtomobillərin üstündən kecir. Lakin gözlənilmədən istiqamətini dəyişib tribunaya, tamaşaçıların olduğu yerə çırpılır.

"Mosntertruck" yarışmaları ABŞ-da və bir sıra Qərb ölkələrində populyar əyləncə növlərindən biridir. Belə facilər nadir hadisələrdən sayılır. Haaskberqendə maşının hansı səbəbdən iadərni itirdiyi haqda xəbər verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG