Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:51

Lavrov: “Rusiya sanksiyalar müharibəsini davam etdirmək istəmir”


Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyir ki, Moskvanın Qərblə sanksiyalar müharibəsini davam etdirməyə həvəsi yoxdur.

Sentyabrın 28-də St. Petersburg televiziya kanalı olan Channel 5-ə müsahibəsində o, deyib ki, “Hazırkı durumun qeyri-müəyyən vaxtadək qalmasında maraqlı deyilik”.

“Düşünmürəm ki, bu durum uzun müddətə qalacaq, ancaq bir müddət davam edəcək,” Lavrov söyləyib.

Moskva Ukraynaya müdaxilə edəndən sonra Qərb bu ilin martında Rusiyaya sanksiyalara başlayıb.

Rusiya isə cavabında ona sanksiya qoyan ölkələrdən ərzaq və xammal idxalına bir illik qadağa qoyub.

XS
SM
MD
LG