Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:22

Honq Konqda etirazçılar gözyaşardıcı qazla dağıdılır


Honq Konq polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Məqsəd küçəni bağlamış minlərlə etirazçını dağıtmaq olub.

Honq Konq lideri əhalini çağırıb ki, etiraz aksiyalarına qoşulmasın. Polis şəhərin mərkəzini ələ keçirməyə çalışan minlərlə etirazçının qarşısını almaq üçün küçələrdə barrikadalar qurur.

Leung Chun-ying sentyabrın 28-də deyib ki, aksiyalar “qanunsuz”dur. Bu, etirazlar başlanandan liderin ilk bəyanatıdır.

Tələbələr sentyabrın 26-da kütləvi nümayiş keçirib, daha çox demokratiya, ölkə rəhbərinin seçki islahatlarının müzakirəsi üçün onlarla görüşməsini tələb edib.

Leung vəd edib ki, hökumət tezliklə seçki islahatlarına dair məsləhətləşmələrin yeni raunduna başlayacaq. Ancaq konkret tarix açıqlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG