Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:44

Honq Konqda toqquşmalar


Yüz minlərlə etirazçı Honq Konqun mərkəzi küçələrində. 28 sentyabr 2014
Yüz minlərlə etirazçı Honq Konqun mərkəzi küçələrində. 28 sentyabr 2014

Son günlər Honq Konq tələbələri və demokratik hərəkət fəalları kütləvi etirazlara başlayıblar. Yerli inzibati hakimiyyət binası qarşısına toplaşan etirazçılar demokratiyanın gücləndirilməsini tələb edirlər. Etirazlar təhlükəszilik qüvvələri ilə toqquşmalarla müşahidə olunur. Honq Konq xəbərləri daim yeniləndiyindən hadisələrin gedişi haqda məlumatlar mətnin əvvəlindədir

POLİS GÖZYAŞARDICI QAZDAN İSTİFADƏ EDİR

Honq Konq polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Məqsəd küçəni bağlamış minlərlə etirazçını dağıtmaq olub.

Honq Konq lideri əhalini çağırıb ki, etiraz aksiyalarına qoşulmasın. Polis şəhərin mərkəzini ələ keçirməyə çalışan minlərlə etirazçının qarşısını almaq üçün küçələrdə barrikadalar qurur.

Leung Chun-ying sentyabrın 28-də deyib ki, aksiyalar “qanunsuz”dur. Bu, etirazlar başlanandan liderin ilk bəyanatıdır.

Tələbələr sentyabrın 26-da kütləvi nümayiş keçirib, daha çox demokratiya, ölkə rəhbərinin seçki islahatlarının müzakirəsi üçün onlarla görüşməsini tələb edib.

Leung vəd edib ki, hökumət tezliklə seçki islahatlarına dair məsləhətləşmələrin yeni raunduna başlayacaq. Ancaq konkret tarix açıqlamayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG