Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:41

Luqansk və Donetskdə atışma olub


Ukraynanın Luqansk vilayətinin Shastye şəhərində minomyot atəşindən bir qadın həlak olub, 16 yerli sakin yaralanıb, şəhər xəstəxanası, hərbi komendatura, şəhər xidməti binasına, eləcə də 50 saylı texniki peşə məktəbinə ziyan dəyib. Bu barədə Milli Təhlükəsizlik və Müdafiə Mərkəzi rəhbərinin müavini Vladimir Polevoy məlumat verib.

Onun sözlərinə görə, son 24 saat ərzində qeyri-qanuni silahlı birləşmələr Ukraynanın nəzarət-keçid məntəqələrinə və Donetsk və Luqanskdakı mövqelərə hücum ediblər. Polevoy deyir ki, Ukrayna tərəfinin sülh təşəbbüsünü saxlamaq cəhdlərinə baxmayaraq, atəşkəs rusiyayönlü separatçılar tərəfindən pozulur. "Onlar daha çox ərazini nəzarətə almaq istəyirlər", o, bildirib.

Şənbə günü isə Donetskdə atışmada bir dinc sakin ölüb. Şəhər şurasının məlumatına görə, şənbə günü Kuybishev rayonu atəşə tutulub.

XS
SM
MD
LG