Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:55

Aktyor George Clooney Venesiyada evlənib


Aktyor George Clooney Livan əsilli britaniyalı hüquq müdafiəçisi Amal Alamuddin-lə Venesiyada ailə qurub. Clooney-nin sözçüsü Stan Rosenfield toyun sentyabrın 27-də baş tutduğunu təsdiqləyib.

Clooney və Alamuddin sentyabrın 29-da evlənməliydi və mərasimin baş tutub-tutmayacağı qaranlıq idi.

Qonaqlar içərisində aktyorlar Matt Damon, Bill Murray, model Cindy Crawford və U2 ifaçısı Bono da olub.

Clooney 53, Alamuddin 36 yaşındadır. Cütlük apreldə nişanlanmışdı.

Mərasim məşhur Grand Canal-a baxan oteldə baş tutub.

Clooney öncə Talia Balsam-la evil olub, 1993-cü ildə boşanıb.

Clooney iki dəfə Oskar alıb.

Amal Alamuddin Wikileaks-in yaradıcısı Julian Assange və Ukraynanın keçmiş baş naziri Yulia Tymoshenko-nu müdafiə edib.

XS
SM
MD
LG