Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:01

ABŞ Suriya və İraqda İD-ə zərbə endirir


ABŞ-ın başçılıq etdiyi koalisiya Türkiyə sərhədində Kobane kürd şəhəri yaxınlığında İslam Dövləti (İD) hədəflərinə hava zərbələri endirib.

Pentaqon sentyabrın 27-də bildirib ki, Kobane sərhəd məntəqəsində İD binasına və iki zirehli maşın dağıdılıb. Kürd yaraqlıları Kobane şəhərini İD-dən qoruyur. On minlərlə dinc sakin şəhərdən qaçıb.

Hava zərbələri Suriyada digər İD hədəflərinə də endirilib, buraya İD-nin qərargahı yerləşən Raqqa vilayəti və Hələbin şərqindəki Minbej şəhəri də daxildir.

Suriyada döyüşən daha bir cihadçı qrup, al-Qaedaya bağlı al-Nusra Cəbhəsinə də hava zərbələri endirilib. Qrup sentyabrın 27-də hədələyib ki, bu hücumları həyata keçirən ölkələrə qarşı cavab tədbirləri görəcək.

XS
SM
MD
LG