Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:55

Lavrov Qərbi “təkəbbürlü” siyasətdə ittiham edir


U.S. -- Russian Foreign Minister Sergei Lavrov addresses a meeting of the United Nations Security Council at the 69th UN General Assembly in New York, September 24, 2014

U.S. -- Russian Foreign Minister Sergei Lavrov addresses a meeting of the United Nations Security Council at the 69th UN General Assembly in New York, September 24, 2014

BMT-nin Baş Assambleyasında çıxış edən Rusiyanın müdafiə naziri Sergei Lavrov Birləşmiş Ştatları öz maraqlarının müdafiəsi üçün “hərbi müdaxilədən” istifadədə ittiham edib. Sentyabrın 27-də danışan Lavrov deyib ki, “Vaşinqton öz maraqlarını təmin etmək üçün gücdən birtərəfli istifadə haqqını açıq bəyan edib”.

Lavrov:

“Nə üçün Baş Assambleya suveren ölkələrin daxili işlərinə qarışmağın yolverilməzliyini bildirən, dövlət çevrilişlərindən rejim dəyişikliyi üçün istifadəni pisləyən qətnamə qəbul etmir. Bəzi ölkələrin başqaları üzərinə qanunsuz təzyiq tətbiq etməsi beynəlxalq işlərdən tamamilə istisna edilməlidir”.

Lavrov NATO-nu Rusiyaya qarşı “düşmən ritorikası”na görə tənqid edib, deyib ki, bu, hərbi alyansın “Soyuq Müharibə dövründəki genetik kodunu dəyişdirə bilmədiyini” göstərir.

Lavrov beynəlxalq təşkilatları, o cümlədən, BMT-in özünü də tənqid edib:

"Əlbəttə ki, terrorizmə qarşı mübarizə möhkəm şəkildə beynəlxalq hüquqa əsaslanmalıdır. Bu mübarizədə xarici döyüşçülərin və terrorçuların probleminə dair qətnamə də daxil olmaqla Təhlükəsizlik Şurasında yekdilliklə qəbul edilmiş silsilə qətnamələr mühüm mərhələ olub. Lakin başqa tərəfdən müttəfiqlik səylərinin uğurları, bu təşkilatın nizamnaməsinə zidd səylərin qarşısını almayıb. Suriyanın ərazisində terrorçulara qarşı mübarizə buna açıq şəkildə hazır olduğunu bildirən Suriya hökuməti ilə əməkdaşlıq üzərində təşkil edilməlidir."

Lavrovun sözlərinə görə, Qərb, ayrı-ayrı ölkələrdə demokratiya, hüququn aliliyi və insan haqlarını təbliğ edərkən beynəlxalq məkanda millətlərin suveren hüququnu pozur. O, Birləşmiş Ştatları və Avropa Birliyini “Avropada bütün millətlərin qanuni maraqlarını nəzərə almadan nəzarətində olan geosiyasi məkanı” genişləndirməyə çalışmaqda ittiham edib.

Lavrov son olaraq Rusianın hər zaman sülh naminə barışdırıcı siyasət güddüyünü də iddia edib:

"Rusiya müsbət, barışdırıcı siyasət yürüdür. Biz ilk baxışdan nə dərəcədə həlledilməz görünməsinə baxmayaraq ən mürəkkəb məsələlər barədə diskussiyalara həmişə açıq olmuşuq və bundan sonra da açıq olacağıq. Biz kompromislərin tapılmasına, maraqlar balansının yaradılmasına və güzəştlərə hazırıq. Lakin bir şərtlə ki, proses səmimi, ehtiramlı və bərabər olsun."

Günün bütün mövzuları

XS
SM
MD
LG