-
Sentyabrın 27-də Azərbaycan Premyer Liqanın 7-ci turunda «Qarabağ» «Neftçi» ilə qarşılaşıb. Oyun 3:1 «Qarabağ»ın xeyrinə başa çatıb.
Hesabı 35-ci dəqiqədə Richard Almeida penalti zərbəsi ilə açıb. Oyunun 76-cı dəqiqəsində Muarem Muarem, 84-cü dəqiqəsində Vüqar Nadirov fərqlənib.
Oyunun bitməsinə 3 dəqiqə qalmış Ernest Nfor «Neftçi»nin oyunda ilk və yeganə qolunu vurub.
«Qarabağ» oktyabrın 17-də 8-ci turda «Qəbələ» klubu ilə qarşılaşacaq.