Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:17

-

Səhiyyə Nazirliyi müxtəlif adlı dərmanların bəzi seriyalarının satışını və istifadəsini qadağan edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, buna səbəb həmin dərmanların Analitik Ekspertiza Mərkəzində laborator müayinədən keçməməsidir.

Ümumilikdə nazirliyin siyahısında müxtəlif adlı dərmanların 341 sayda seriya nömrəsi qeyd edilib.

Satışı və istifadəsi qadağan edilən dərman seriyaları müxtəlif ölkələrin - Türkiyə, Rusiya, Belarus, Ukrayna, Macarıstan, Polşa, Rumıniya, Avstriya və Yunanıstanın istehsalıdır.

Qadağan edilən dərmanlar arasında Türkiyə istehsalı olanlar üstün yer tutur. Bu dərmanların demək olar ki, çoxunun istifadə müddəti 2015-2018-ci illərdə bitir.

Günün bütün mövzuları

XS
SM
MD
LG