Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:27

-

Sentyabrın 27-də daxili işlər naziri Ramil Usubov Lənkəran Polis Şöbəsində növbəti qəbul keçirib.

Qəbula Lənkəranla yanaşı, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayonlarından olan sakinlər düşüb. Eləcə də bu bölgədə məskunlaşan qaçqın və məcburi köçkünlər qəbula gəlib, öz problemlərini nazirə bildiriblər.

R.Usubov vətəndaşların şikayət və problemlərini dinlədikdən sonra onların həlli üçün aidiyyəti Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Polisin fəaliyyətinə aid olan müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub. Digər ərizələrin müvafiq dövlət qurumlarına göndəriləcəyi bildirilib.

Sözügedən rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 91 nəfər də qəbula qatılıb. R.Usubov onların arasından xidmətə daha yararlı və hazırlıqlı olan gənclərin sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG