Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:24

Mubarak-a hökm noyabrda oxunacaq


Hosni Mubarak
Hosni Mubarak

-

Misir məhkəməsi sabiq prezident Hosni Mubarak-la bağlı hökmün elanını noyabrın 29-dək təxirə salıb.

Prosesə sədrlik edən hakim Mahmud al-Rashedi bildirib ki, işə baxıb qərar qəbul etmək üçün xeyli vaxta ehtiyac var.

86 yaşlı Mubarak məhkəmə zalında xərəkdə iştirak edib. O, helekopterlə hərbi hospitaldan birbaşa məhkəmə zalına gətirilib.

30 il Misir rəhbəri olan Mubarak bu ilin mayında korrupsiya ittihamı ilə 3 il, oğulları Alaa və Gamal isə 4 il azadlıqdan məhrum edilib.

Noyabrda gözlənilən hökm Mubarak-ın yüzlərlə etirazçının ölümündə ittiham olunması ilə bağlıdır.

XS
SM
MD
LG