Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:45

YAP bələdiyyə seçkilərində qadınların təmsilçiliyinə üstünlük verəcək


-

Sentyabrın 27-də Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurası toplantı keçirib.

YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva yada salıb ki, hazırda YAP üzvlərinin 40 faizdən çoxu qadınlardır. O, bu il partiya sıralarına qoşulanların əksəriyyətinin qadınlar olduğunu vurğulayıb.

Nurlana Əliyeva bələdiyyə seçkilərində qadınların təmsilçiliyinə üstünlük veriləcəyini əlavə edib:

«Hazırkı bələdiyyə üzvlərinin təxminən 30 faizi qadınlardır. Biz istəyirik ki, bu göstərici artsın, qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi daha da yüksəlsin. Qadınların fəallığını artırmaq üçün seçki ərəfəsində zonalar üzrə görüşlərin keçiriləcək. İnanırıq ki, görülən işlər, maarifləndirmə tədbirləri müsbət nəticələrini verəcək».

Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bildirib ki, Azərbaycanın inkişafında YAP-ı təmsil edən qadınlar da fəal iştirak edir. O, qarşıdan gələn bələdiyyə seçkilərində qadınları fəal iştirak etməyə çağırıb.

Toplantının gedişində bələdiyyə seçkiləri ilə bağlı tədbirlər planı müzakirə olunub. Şuranın bölgələrdə qadınlarla görüşlərinin keçirilməsi qərara alınıb.

Toplantı YAP Qadınlar Şurasının 20 illik yubileyinə hazırlığının müzakirəsi ilə davam edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG