Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:06

İran prezidenti nüvə danışıqlarının sürətləndirilməsini istəyir


-

İran prezidenti Hassan Rohani İranın nüvə proqramına dair aparılan danışıqların gedişindən narahatdır. Rohani danışıqların sürətləndirilməsini istəyir. Onun fikrincə, stol arxasında aparılan danışıqlar «hədsiz zəifdir».

Rohani BMT Baş Assambleyasının 69-cu sessiyasında jurnalistlər qarşısında çıxışında yada salıb ki, noyabrda danışıqlar başa çatmalı və razılıq əldə olunmalıdır. Rohani onu da əlavə edib ki, ölkəsinin üzərindən beynəlxalq sanksiyalar götürülməsə, heç bir güzəştə getməyəcək.

İranla Böyük-Britaniya, Çin, Fransa, Rusiya, ABŞ və Almaniya arasında sonuncu danışıqlar sentyabrın 18-dən Nyu-Yorkda aparılır.

XS
SM
MD
LG