Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:11

Əli Hüseynli: «Cəbhədəki son gərginlik problemin ciddiliyini bir daha göstərdi»


Əli Hüseynli

Əli Hüseynli

-

«Proseslər onu deməyə əsas verir ki, danışıqlar öz bəhrəsini verməsə, ərazi bütövlüyü təmin olunmasa, Azərbaycan beynəlxalq hüquqa söykənərək hərbi yolla torpaqlarını işğaldan azad edəcək».

Bunu parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Yeni Azərbaycan Partiyasının saytına müsahibəsinə deyib.

Əli Hüseynli ölkə prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında» sərəncamından da danışıb. Bu sərəncamı siyasi və hərbi baxımdan əhəmiyyətli qiymətləndirib:

«Siyasi əhəmiyyəti ondan ibarətdir ki, Qarabağ məsələsində Azərbaycanın mövqeyi qətiyyətli və birmənalıdır».

Hərbi əhəmiyyətə gəlincə, Ə.Hüseynli əhalinin cəbhə bölgəsində sayıqlığını artırmaq üçün könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılmasını xüsusi vurğulayıb:

«Çünki müharibə şəraitində olan ölkənin əhalisi şəraitə daha yaxşı hazırlığını gücləndirəcək».

Komitə sədri cəbhə bölgəsi ilə əlaqədar kütləvi informasiya vasitələrində yayılan informasiyalardan da danışıb. Bildirib ki, bu cür həssas məlumatların yayılmasında «Dövlət sirri haqqında» qanunun tələblərinə riayət etməsi ilə bağlı sərəncamdakı müddəa əhəmiyyətlidir:

«Bu sərəncamda, eləcə də verilən tövsiyələrdə irəli sürülən məsələlərin yerinə yetirilməsi təkcə dövlət orqanları üçün deyil, bütün əhali üçün vacibdir. Biz millət vəkillərinin üzərinə düşən vəzifə isə bu sərəncamdan irəli gələn məsələlərdə, özəlliklə təbliğat işlərində öndə olmaqdır».

Ə.Hüseynli onu da bildirib ki, 1994-cü ildə qəbul olunmuş «Hərbi vəziyyət haqqında» qanunun yeni redaksiyada işlənməsinin nəzərdə tutulması da günün tələbidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG