Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:10

Elmar Məmmədyarov: Sarkisian BMT-ni aldadır


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

-

«Ermənistan prezidenti xalqların öz müqəddəratını təyinetmə prinsipindən sui-istifadə edərək, Azərbaycanın ərazilərini zor tətbiqi ilə ilhaq edilməsi cəhdlərini ört-basdır etməyə çalışır».

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 69-cu Sessiyasının ümumi müzakirələrində çıxışı zamanı bildirib. Əlavə edib ki, Ermənistan prezidenti Baş Assambleyanı aldadır:

«Ermənistanın prezidenti öz çıxışında faktları və sülh prosesini saxtalaşdıraraq, beynəlxalq hüququn norma və prinsiplərini təhrif edərək, BMT Baş Assambleyanı aldatmağa çalışıb».

Sentyabrın 24-də Ermənistan prezidenti Serzh Sarkisian sessiyada çıxışında bildirmişdi ki, Azərbaycanda yaşayan ermənilər öz müqəddəratını təyin etməlidir.

Elmar Məmmədyarov çıxışında vurğulayıb ki, müqəddəratını təyinetmə prinsipi didərgin düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtması və Azərbaycan daxilində onların erməni icması ilə sülh şəraitində birgə yaşayışını nəzərdə tutur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG