Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:11

FHN səfirlik əməkdaşlarına təlim keçir


-

Fövqəladə Hallar Nazirliyi ABŞ-ın Bakıdakı səfirliyinin əməkdaşlarına təlim keçib.

Təlim sentyabrın 26-dA ABŞ-ın Bakıdakı səfirliyinin təşəbbüsü ilə keçirilib. Əsas məqsəd səfirliyin əməkdaşlarına yanğın zamanı vərdişlərin aşılanması, çevik reaksiyası haqda məlumatlandırmaq olub.

Təlimlərə FHN-nin 102 xidmətinin məlumatlandırılması ilə başlanıb, inzibati binada olan əməkdaşlar və ziyarətçilər təhlükəsiz əraziyə keçirilmiş, ilkin yanğınsöndürmə tədbirləri görülmüş.

Şərti hadisə yerinə gələn qüvvə və vasitələrin idarə olunması məqsədilə ərazidə nazirliyin əməliyyat qərargahı açılıb.

Təlimin birinci mərhələsi ssenariyə uyğun olaraq səfirlik və nazirliyin mətbuat xidmətinin ictimaiyyəti hadisə haqda məlumatlandırmaqla yekunlaşıb.

İkinci mərhələdə yanğın təhlükəsizliyi və təlimlə bağlı müzakirələr aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG