Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:47

-

Roma imperatoru Avqustun (Augustus) evinin illərdir restavrasiya edilən otaqlarında işlər, axır ki, başa çatıb.

ARTDAILY-nin yaydığı xəbərə görə, indiyədək sənətsevərlər Avqust və xanımı Livianın evini bu otaqları görmədən ziyarət edirmişlər.

Divarlarında tarix yatan rəsmlərin olduğu otaqları sənət dünyası maraqla gözləyirdi.

Bu gözləntilərə baxmayaraq, otaqların restavrasiyası xeyli uzun sürüb.

Nəhayət, 2.5 milyon euro xərclənən bərpa işi sona çatıb və otaqlar saysız ziyarətçilərin üzünə açılıb.

Qaydaya görə, ziyarətçilər 20 nəfərlik qruplarla, amma 15 dəqiqəni aşmamaqla, bu otaqlara baxa bilərlər.

76 il ömür sürən Oktavian Avqust (Imperator Caesar Divi F. Augustus) miladdan öncə 63-cü ildə, sentyabrın 23-də Romada doğulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG