Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:29

Dövlət televiziyası prezidentin səhhətində problem olduğunu etiraf edib


Şimali Koreyanın Dövlət televiziyası ilk dəfədir ki, ölkə liderinin səhhət problemləri olmasını etiraf edib.

Televiziya sentyabrın 25–də bildirib ki, Kim Jong Un “discomfort”dan əziyyət çəkir.

Proqramda deyilib ki, “bizim sərvətimiz və rifahımız marşalın yorulmaz əməyi sayəsindədir, o, məşəl kimi xalqın yoluna işıq salır, baxmayaraq ki, diskomfortdan əziyyət çəkir ”.

31 yaşlı Kim sentyabrın 3-də konsertə gedəndən bəri onun heç bir tədbirdə dövlət mediası tərəfindən şəkilləri çəkilmir.

Bu da onun sağlamlıq problemlərinin olması haqda şayiələr doğurub. O, sentyabrın 25-də əsas siyasi tədbir olan parlamentin iclasında da yox idi.

XS
SM
MD
LG