Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:23

Putinə qarşı çıxan rokçunun konserti dağıdıldı


Andrei Makarevich, iyul, 2014

Andrei Makarevich, iyul, 2014

-

Moskvada məşhur rokçu Andrei Makarevich-in konsertini pozublar.

Musiqi Evinə daxil olan bir dəstə adam “Makarevich satqındır” qışqıraraq içəri vərəqələr atıb, qaz balonu istifadə ediblər.

Konsert zamanı zalda 500 nəfər varmış, onlar zalı tərk etməyə başlayıb.

Konsert yalnız bir müddət sonra davam edib.

Sonradan məsuliyyəti millətçi-bolşevik təmayüllü “Başqa Rusiya” Partiyası öz üzərinə görürüb.

Məlumata görə, "aksiyanı Donbasdan qayıtmış bir neçə döyüşçü təşkil edib".

Partiyanın rəhbəri, yazıçı Eduard Limonovdur.

O, müxalifətdə olsa da, Kremlin Ukrayna siyasətini dəstəkləyir.

Eduard Limonov

Eduard Limonov

Bir müddət əvvəl o, Makarevich-i sərt tənqid etmiş, musiqiçi isə ona təhqiramiz cavab vermişdi.

Makarevich Rusiyanın Ukraynaya hücumunu pisləyən rusiyalı sənətçilərdəndir və bir müddət əvvəl Ukraynanın rusiyameylli separatçılarından təmizlənmiş bölgəsində konsert vermişdi.

Son günlər müxtəlif bəhanələrlə onun Sankt-Peterburq, Samara və başqa şəhərlərdə konsertləri ləğv edilib.

Polis Musiqi Evindəki insidentlə bağlı cinayət işi qaldırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG