Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:00

-

“Apple” şirkəti sükutu pozdu.

Təzə çıxan iPhone-6 Plus-un şalvarın cibində, xüsusən cins şalvarın cibində əyilməsi haqda iddialara cavab verdi.

Sentyabrın 9-da satışa çıxarılan mobil telefonun əyilməsi ilə bağlı videolar sosial şəbəkələrdə dövr etməkdədir.

Deyilir ki, poladdan hazırlandığı deyilən korpusu əllə də əymək olar.

(Videoya bax, ardı aşağıda)

“Apple” öz açıqlamasında bildirir ki, normal istifadə edəndə korpus çox nadir halda deformasiyaya uğraya bilər. Ümumiyyətlə indiyəcən onlara müştərilərdən 9 belə şikayət daxil olub.

“Apple” bildirir ki, telefon o zaman əyilə bilər ki, arxa cibə qoyasan və bu cür saatlarla onun üstündə oturasan.

iPhone-6 ilk günlərdə şirkətin böyük uğuru təsiri bağışlayırdı. Öncədən rekord sayda - 10 milyon ədəd sifariş edilmişdi. Amma son günlərdə xüsusən də telefondakı əməliyyat sistemində nasazlıq üzə çıxdığı və bir çox telefon sahibləri mobil operatorla əlaqəni itirdiyi üçün şirkətin səhmlərinin qoyməti kəskin enib. Bu, “Apple”ın bazar dəyərinin 23 milyard dollar azalması ilə nəticələnib.

Şirkət bildirir ki, əməliyyat sistemindəki problem bir neçə günə aradan qaldırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG