Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:37

Türkiyədə qəzada 3 tələbə öldü


Türkiyənin Uşaq şəhərində Azərbaycan vətəndaşlarının olduğu avtomobil sentyabrın 26-da qəzaya düşüb. Xarici İşlər Nazirliyinin yaydığı məlumatda belə deyilir. Məlumata görə, qəza nəticəsində avtomobilin içində olan 6 nəfərdən üçü – Anar Musayev, Ülvi Sadiqov, Elvin Hüseynov həlak olub. Digər üç nəfər – Əli Kərimli, Mayıs Həsənov, Muğdat Talıblı isə yaralanıb.

Yaralanan şəxslərin vəziyyəti orta-qənaətbəxş hesab olunur. Bu şəxslər Türkiyənin Uşaq universitetinin 1 və 2-ci kurs tələbələridirlər.

XİN bildirir ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğu Türkiyənin hüquq-mühafizə orqanları və səhiyyə xidməti ilə lazımı təmasları davam etdirir. Bundan başqa, Konsulluq cənazələrin Azərbaycana gətirilməsi və yaralıların müalicəsi üçün də işlər görür.

Günün bütün mövzuları

XS
SM
MD
LG