Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:05

BQXK Leyla Yunusla görüşüb-görüşmədiyini demir


Hüquq müdafiəçisi Leyla Yunus

Hüquq müdafiəçisi Leyla Yunus

Bu günlərdə hüquq müdafiəçisi Leyla Yunusun vəkilləri onunla görüşə bilmədikləri və səhhətindən narahat olduqları üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etmişdilər. Komitənin hüquq müdafiəçisinin səhhəti və saxlanma şəraiti ilə tanış olmasını xahiş etmişdilər.

BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova AzadlıqRadiosuna deyib: “Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanda saxlanma yerlərinə baş çəkir. Amma hansı saxlanma yerlərinə baş çəkib, kimlərlə görüşüb bu barədə ictimaiyyətə məlumat vermir. Komitə görüş haqqında məlumatı həmin şəxsin yaxınları, ailə üzvləri ilə bölüşür. Komitənin iş prinsipi belədir”.

Leyla Yunusun vəkili Xalid Bağırov Komitədən onlara görüş haqda məlumat verilmədiyini bildirib.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iyulun 30-da həbs edilib. O dövlətə xəyanətdə ittiham olunur. Hüquq müdafiəçisi ittihamı qəbul etmir və həbsini fəaliyyəti ilə əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG