Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:38

HRW Özbəkistanda siyasi məhbuslara işgəncə verildiyini deyir


 Arxiv foto

Arxiv foto

-

Siyasi motivlərlə həbs olunan özbəklər işgəncəyə məruz qalır və dəhşətli həbsxana şəraitində saxlanır. Bunu Human Rights Watch hüquq-müdafiə təşkilatı sentyabrın 26-da yaydığı hesabatda deyir. “Sona qədər” adlanan hesabat məhkəmə sənədlərinə, geniş müsahibələrə əsaslanır. Bu yaxınlarda buraxılmış məhbuslardan da müsahibələr alınıb.

Sənəddə döyülmələr, elektroşok, süni boğulma, zorlama və cinsi alçaltma hədələrindən bəhs olunur. Ötən yaz həbsdən buraxılandan az sonra xərçəngdən ölmüş insan haqları fəalı Abdurasul Khudoynazarov deyib ki, onun tibbi müayinə xahişləri rədd olunub.

“Bu yeni sənəd onu göstərir ki, Daşkənd daha Özbəkistanda siyasi motivli həbslərin olmadığını söyləyə bilməz,” HRW-nın Orta Asiya üzrə tədqiqatçısı Steve Swerdlow deyib.

Qurum ittihamların adətən saxta olduğunu, həbs hökmlərinin qanunsuz uzadıldığını vurğulayır və Özbəkistanı siyasi ittihamlarla həbs olunmuş hər bir kəsi dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG