Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:23

Böyük Yeddilik Minsk atəşkəs sazişini alqışlayır


 Böyük Yeddilik Qrupu
Böyük Yeddilik Qrupu

Aparıcı sənaye ölkələrindən ibarət Böyük Yeddilik Qrupu (G7) Ukraynada atəşkəsə dair Minsk sazişini alqışlayıb. Qrup sentyabrın 25-də yaydığı bəyanatda bu sazişi münaqişəyə siyasi həllin tapılması üçün “vacib imkan” adlandırıb.

Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Birləşmiş Ştatlar atəşkəsin pozulması hallarını pisləyib, Rusiyanı Ukraynanın şərqindən qüvvələrini, silahları və avadanlığı çıxarmağa çağırıb.

G7 həmçinin Ukraynanı amnistiya və ölkənin şərqinə “xüsusi status” verdiyinə görə alqışlayıb.

Ukraynanın Avropa Birliyi ilə azad ticarət razılaşmasını ratifikasiya etməsi də dəstəklənib.

G7 bildirib ki, Rusiya atəşkəs sazişinə dair öhdəliklərinə əməl etsə, Rusiyaya sanksiyalar geri götürüləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG