Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:02

«Bir qrup təxribatçı... hərbi hissələri nişan verir»


Azərbaycan,hərbi hissə

Azərbaycan,hərbi hissə

-
“AZƏRBAYCAN MÜHARİBƏ QANUNLARINI BÜTÜN ÖLKƏDƏ TƏTBİQ ETMƏYƏ HAZIRLAŞMIR”

“Bir qrup təxribatçı son vaxtlar mətbuatda, internet resurslarında, sosial şəbəkələrdə Azərbaycanın milli təhlükəsizliyinə zərər vuran şayiələr, əsası olmayan, rəsmi qurumlarla dəqiqləşdirilməmiş informasiyalar yayır, hərbi hissələrin yerləşdiyi əraziləri nişan verir, sirr xarakterli məlumatları ictimailəşdirir. Prezident İlham Əliyevin 24 sentyabr sərəncamı (Hərbi sirrə nəzarət güclənir) bunun qarşısını almağa xidmət edir”. Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov “Media forum” saytına belə deyib.

Deputat hesab edir ki, prezidentin sərəncamını Ermənistanla yeni müharibə ehtimalının artması kimi qiymətləndirmək olmaz, amma müharibə ehtimalı oldu-olmadı indiki durum təmas xəttində və cəbhəyanı ərazilərdə təhlükəsizliyin gücləndirilməsini tələb edir: “Amma Azərbaycan müharibə qanunlarını bütün ölkədə tətbiq etməyə hazırlaşmır. Hamı bilməlidir ki, hərbi sirləri yaymaq olmaz. Qoşunların, texnikanın, strateji obyektlərin yerləşdiyi əraziləri ictimaiyyətə açıqlamaq, mətbuata ötürmək olmaz”.

RUSİYA ÜÇÜN ÇİN QAPISI DA BAĞLANDI

“Bizim Yol” yazır ki, Qərbin sanksiyalar Rusiyanın maliyyə sektoruna ciddi zərbələr vurmağa başlayıb. "VTB" bankın prezidenti Andrey Kostin itkilərinin həcminin 674 milyon dollara çatdığını bəyan edib. Bankir vəziyyətdən çıxış üçün dövlət başçısı Putindən yardım istəyib. Məhz Putinlə görüşdən sonra Kostin yeni maliyyə mənbələrini tapacaqlarına dair nikbin fikirlər səsləndirib. Rusiya mediasının yazdığına görə, VTB bankın prezidenti maliyyə mənbələri sırasında Çinin, Sinqapurun, Qazaxıstan və Azərbaycanın adını çəkib. Bu bankın səhmlərinin 3 faizə yaxını Azərbaycan Dövlət Neft Fonduna aiddir.

VTB Bank

VTB Bank

Bundan əlavə Fond sanksiyaya məruz qalmış iki bankda-VTB və "Qazprombank"da depozit yatırıb. Doğrudur, depozitlərin həcmi çox da böyük deyil. Neft Fondunun hesabatında əmanətlərin müddətinin bu ilin fevralında bitdiyini göstərir. Amma müddətin uzadılıb-uzadılmadığı məlum deyil. Bu, fondun növbəti hesabatında bəlli olacaq.

Ekspertlər Rusiyanın maliyyə bazarı ilə münasibətləri məhdudlaşdırmağı tövsiyə etdiyi halda, məlum olur ki, Moskva Azərbaycandan böyük həcmdə borc alacaq. Bu borcun kredit və ya depozit şəkildə olacağı, habelə Bakının bunu qəbul edib-etməyəcəyi maraq kəsb edir. Bu arada Azərbaycan Beynəlxalq Bankının Moskvadakı filialının nizamnamə kapitalını 2 milyard 110 milyon rubla qədər qaldırması da təsadüf sayılmaya bilər.

ÖLÜMDƏN QURTULAN DİSSİDENT “YENİ MÜSAVAT”A DANIŞDI

Sentyabrın 24-də saat 15 radələrində QAT-ın Ağsaqqallar Şurasının üzvü, 18 il sovet zindanlarında cəza çəkmiş Nadir Ağayev yaşadığı Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində, evinin qarşısında naməlum şəxslərin hücumuna məruz qalıb. 77 yaşlı dissident “Yeni Müsavat”a açıqlamasında deyib ki, onu məhkəmə tibb ekspertizasına aparacaqlar. “Şübhələndiyim iki adam var, amma istintaq sirri olduğundan ad çəkmək istəmirəm. Yüz faiz əminəm ki, məni beşbarmaqla başıma vurublar... Başqa şübhəli məqam da var. ”JEK"in müdirinin katibəsi zəng edib qonşuların birindən soruşub ki, Nadirin oğlu harda işləyir. O da deyib məndən niyə soruşursan, özünə zəng elə də. Yalvarıb ki, bunu heç kimə demə, mənə icra hakimiyyətindən deyiblər ki, öyrənim. Mən heç bilmirəm icra başçısı kimdir, harda oturur".

Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli isə moderator.az-a deyib ki, onu siyasi baxışlarına görə cəzalandırıblar: “Əsas səbəblərdən də biri onun uzun illər ərzində davamlı olaraq hökumətə müraciət edərək qanunsuz olaraq uzunmüddətli həbs yatdığına və sonradan bəraət aldığına görə kompensasiya tələb etməsidir. Onun bu məzmunlu son müraciəti də bir neçə gün öncə olub. Həm kompensasiya istəyinə, həm öz saytında vaxtaşırı tənqidi yazılarına görə. Nəzərə almaq lazımdır ki, o, yaşlı bir insandır, səhhətində də kifayət qədər problemlər var, ağır şəkər xəstəsidir. Zarafat deyil, sovet vaxtı bu adam 18 il zindanlarda zülm çəkib. Belə bir insanı fiziki yolla aradan götürmək istəyiblər”.

DƏDƏ QORQUD PARKINDA 3D QRAFFİTİ LAYİHƏSİ AÇILIB

3D qraffiti layihəsinin açılışı

3D qraffiti layihəsinin açılışı

AzərTAc: Sentyabrın 25-də Dədə Qorqud parkında 3D qraffiti layihəsinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva mərasimdə iştirak edib. Parkda sərgilənən əsərlərdən biri İngiltərədən dəvət olunan qraffitistlər – Eduard Şiron, Ceyms Titçner və Culiyan Fetin tərəfindən 3D formatında 5 gün ərzində işlənib. Burada xarici qonaqlarla yanaşı, Azərbaycandan olan qraffitistlərin Xəzər dənizinin ekoloji problemlərini, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə start verdiyi “Ağacların kəsilməsinə yox” proqramını əks etdirən əl işləri də var. Yerüstü 3D qraffiti əsərləri ilə oktyabr ayına qədər tanış olmaq mümkündür.

Günün bütün mövzuları

XS
SM
MD
LG