Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:22

Raul Khajimba Gürcüstanın separatçı Abxaziya ərazisinin prezidenti kimi and içib. Sentyabrın 25-də keçirilmiş mərasimə Rusiya prezidentinin köməkçisi Vladislav Surov da qatılıb. O, jurnalistlərə deyib:

“Abxaziya müstəqilliyi və azad ölkə kimi mövcud olmaq haqqının tanınması üçün çətin döyüş aparıb. Rusiya onunla tamamilə həmrəydir”.

Gürcüstan həmin seçkini qanunsuz adlandırıb.

Abxaziya 2008-ci il Gürcüstan-Rusiya müharibəsindən sonra müstəqilliyini elan edib. Onu Rusiya və bir neçə ölkə tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG