Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:48

Berlində qaz danışıqları keçiriləcək


Sentyabrın 26-da Avropa Birliyi, Rusiya və Ukrayna təmsilçiləri Berlində görüşərək Rusiyanın Ukraynaya qaz təchizatını bərpasının mümkünlüyünü müzakirə edəcəklər.

AB-nin vəzifədən gedən enerji komissarı Guenther Oettinger, Rusiyanın enerji naziri Aleksandr Novak və Ukraynanın Enerji və Mədən Sənayesi naziri Yury Prodan görüşdən sonra mətbuat konfransı keçirəcəklər.

Oettinger deyib ki, o, 2015-ci ilin aprelinədək davam edəcək, Rusiyadan bütün qışı fasiləsiz qaz təchizatını təmin edəcək sazişin əldə olunacağına ümid bəsləyir.

Avropa Rusiyanın Ukrayna üzərindən qaz təchizatını dayandırması səbəbindən qazsız çatışmazlığı yaşayacağından narahatdır.

Kiyev isə ona lazım olan azı 5 milyard kubmetr qazı ala bilməyəcəyindən qorxur. Qış sərt keçərsə, həmin qazın bir neçə misli lazım olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG