Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:16

Boko Haram yaraqlılarının oğurladığı 220 qızdan biri tapıldı


Nigeriyada polis Boko Haram islamçı yaraqlıarın oğurladığı 200-dən çox məktəbli qızlardan birini aşkar edib. Onun valideynləri deyiblər ki, 20 yaşlı qızı 4 gün bundan qabaq düzənlikdə atıb-gediblər. Indi ona tibbi yardım göstərilir. Onun vəziyyəti sabitdir.

Qızın tapıldığı yer oğurlandığı məktəbdən 100 km aralıdadır.

Boko Haram aprel ayında Kamerunla sərhədə yaxın olan Chibok kəndindəki məktəbə hücum edərək 270 qızı oğurladı. Onların yaşı 13-dən 20-yə kimidir.

Oğurlanan qızlardan 50-si qaça bildi. Yerdə qalanların taleyi məlum deyil.

XS
SM
MD
LG