Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:52

Rusiyada 8 ayda maşın satışından ən çox qazanan "Toyota"dır


Rusiyada 8 ayda maşın satışından ən çox Yaponiyanın Toyota şirkəti qazanıb – 158 milyard rubl. ( 1 dollar hazırda 38 rubldur).

Rusiyada Toyota maşınlarının satışı cəmi 1 faiz artıb, qiyməti isə 13 faiz qalxıb.

İkinci yerdə Mercedesdir- 8 ayda 117 milyard rublluq Mercedes satılıb. Mercedes maşınların satışı 15 faiz artıb.

Daimler konserni bildirib ki, Rusiyada Mercedeslərin qiymətini cəmi 3,5 faiz qaldırıb.

Rusiyada 8 ayda maşın satışından ən çox qazanan 3-cü şirkət yerli AVTOVAZ-dır – 109 milyard rubl.

Sonrakı yerlərdə Yaponiyanın Nissan, Cənubi Koreyanın KİA, Cənubi Koreyanın Huindai, Almaniyanın Volkswagen, Fransanın Renault, Almaniyanın BMW şirkətləri gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG