Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:58

Tofiq Yaqublu və İlqar Məmmədov Bakıya gətirilir


İlqar Məmmədov və Tofiq Yaqublu

İlqar Məmmədov və Tofiq Yaqublu

-
Şəki İstintaq Təcridxanasında saxlanılan Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədov Şüvəlan İstintaq Təcridxanasına gətirilir.

Bu haqda AzadlıqRadiosuna vəkil Nemət Kərimli məlumat verib:

«Sentyabrın 25-də gündüz saatlarında Tofiq Yaqublu zəng edib bildirdi ki, yoldadırlar, Şüvəlan təcridxanasına gətirirlər. Hələlik əlaqə saxlaya bilməmişəm. Böyük ehtimalla çatmış olarlar. Apellyasiya məhkəməsindən sonra Bakıya gətirilmələri gözlənilirdi».

Tofiq Yaqublu və İlqar Məmmədov ötən ilin yanvarında İsmayıllı hadisələrinə görə saxlanıb. Mart ayında Şəki Ağır Cinayətlər Məhkəməsi İlqar Məmmədova 7, Tofiq Yaqubluya isə 5 il cəza kəsib.

Sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

İlqar Məmmədov və Tofiq Yaqublu həbslərini siyasi sifariş sayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG